
Filippində göyərtəsində 92 nəfərin olduğu C-130 hərbi təyyarəsi qəzaya uğrayıb – YENİLƏNİB
İyunun 4-də Filippinin Sulu vilayətində Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
“Poliqon” Filippin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat veriri ki, Holo hava limanına eniş zamanı qəzaya uğrayan C-130 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində 3 pilot və 5 heyət üzvü olmaqla, ümumilikdə 92 nəfər olub. Uçuş-enmə zolağına enə bilməyən təyyarə qəzaya uğradıqdan sonra alışıb.
İyunun 4-nə olan məlumatda – Filippinin müdafiə naziri Delfin Lorenzana bildirib ki, qəza zamanı 17 nəfər həyatını itirib. Yaralanmış 40 nəfər xilas edilərək hospitala yerləşdirilib. Hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən xilasetmə əməliyyatı davam etdirilir.
İyunun 5-də Filippin Silahlı Qüvvələrinin komandanı Sirilito Sobecanın açıqlamasına görə, Holo adasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 47-yə çatıb.
Poliqon.az