
Finlandiya HHQ 60 ədəd döyüş təyyarəsi alacaq
Finlandiya Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələrinə olan ehtiyacını qarşılamaq üçün Müdafiə Nazirliyinin başlatdığı tenderə qatılan şirkətlər özlərinin son təkliflərini təqdim edir.
“Poliqon” xəbər verir ki, tenderə qatılan ABŞ-ın “Lockheed Martin” və İsveçin “Saab” şirkəti özlərinin “ən yaxşı və son təklif”lərini (BAFO) ediblər.
Bu il başa çatacaq olan tenderdə ABŞ-ın “Boeing” şirkətinin F/A-18 “Super Hornet”, “Lockheed Martin” şirkətinin F-35, Fransanın “Dassault Aviation” şirkətinin “Dassault Rafale”, Böyük Britaniyanın “Eurofighter GmbH” şirkətinin “Eurofighter Typhoon”, və İsveçin “Saab” şirkətinin istehsalı olan JAS-39 “Gripen” təyyarəsinin təkmilləşdirilmiş versiyası iştirak edir.
Ümumi dəyəri 9 milyard avro olan layihə çərçivəsində Finlandiya Müdafiə Nazirliyi 60 ədəd döyüş təyyarəsinin alınmasını planlaşdırır.