Finlandiya İsraildən uzun mənzilli ZRK alacaq

Finlandiya İsraildən uzun mənzilli ZRK alacaq

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen Müdafiə Qüvvələrinə İsrailin “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkətindən uzun mənzilli “David’s Sling” zenit-raket kompleksini (ZRK) almağa icazə verib.

“Poliqon” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əlavə dəyər vergisi olmadan satınalmanın ümumi dəyəri təqribən 316 milyon avro təşkil edir.

Bundan başqa “David’s Sling”in İsrailin “Rafael” və ABŞ-ın “Raytheon Missiles and Defense” şirkəti tərəfindən birgə hazırlanmış zenit-raket kompleksi olması, onun alınmasında ABŞ-ın satış lisenziyasını da tələb edir.

Satınalma ilə bağlı fikirlərini bölüşən Antti Kaikkonen qeyd edib ki, “David’s Sling” ZRK Finlandiya Müdafiə Qüvvələrinə yüksək hündürlükdəki təhdidləri zərərsizləşdirməyə imkan yaradacaq.

Poliqon.az

CATEGORIES
TAGS