Finlandiya “Leopard 2” tanklarını təkmilləşdirir

Finlandiya “Leopard 2” tanklarını təkmilləşdirir

Finlandiya ordunun “Leopard 2” tank parkını təkmilləşdirəcək.

“Poliqon” Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirlik “Leopard 2A4” və “Leopard 2A6” tanklarının atəşi idarəetmə sistemlərinin təkmilləşdirilməsi üçün “Krauss-Maffei Wegmann” şirkəti ilə müqaviləni təsdiqləyib.

Müqavilənin elan olunmuş dəyəri cəmi 11 milyon ABŞ dolları olduğu üçün təkmilləşdirmə səthi olacaq. İşlər gələn ilin birinci rübündə başlayacaq və təxminən dörd il davam edəcək.

2020-ci ilin məlumatlarına görə, Finlandiyanın 200 ədəddən artıq “Leopard 2A4” və “Leopard 2A6” döyüşə hazır tanklarından ibarət parkı var. Finlandiya ordusu bu döyüş maşınlarını 2002-2003-cü illərdə Almaniyadan 124 ədəd “Leopard 2A4” və 2015-2019-cu illərdə Niderlanddan 100 ədəd “Leopard 2A6” olmaqla artıq istifadə olunmuş vəziyyətdə alıb.

Xatırladaq ki, “Leopard 2” tankları 1979-cu ildən kütləvi istehsal olunur və bu müddət ərzində bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən müxtəlif modifikasiyalarda 3000 ədəddən çox tank istehsal edilib. Ən yeni versiya olan “Leopard 2A7V öz sələflərindən təkmilləşdirilmiş müdafiəsi, heyət üçün daha rahat şəraiti, eləcə də qabaqcıl elektronikası ilə fərqlənir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS