Finlandiya M270 YARS-larını modernləşdirmək üçün ABŞ-dan dəstlər alır

Finlandiya M270 YARS-larını modernləşdirmək üçün ABŞ-dan dəstlər alır

ABŞ hökuməti M270 yaylım atəşli reaktiv sistemlərin (YARS) təkmilləşdirilməsi üçün lazım olan dəstlərin Finlandiya satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, ümumi dəyəri 395 milyon ABŞ dolları olan sifarişə interkom sistemlərinin, rabitə cihazlarının və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.

Təkmilləşdirmə nəticəsində Finlandiya Ordusunun inventarındakı M270A1 YARS-lar M270A2 səviyyəsinə yüksəldiləcək.

Poliqon.az

CATEGORIES
TAGS