Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərir

Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərir

Finlandiya hökuməti Ukraynaya əlavə hərbi yardımın göndərməsi barədə qərar qəbul edib.

Bu barədə “Poliqon” Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidməti hərbi yardımın tərkibi, çatdırılma üsulu və nə vaxt çatdırılacağı barədə məlumat verməyib.

Nazirlikdən bildirilib ki, əlavə hərbi yardımın göstərilməsi barədə qərar qəbul edilərkən Ukraynanın ehtiyacları və Finlandiya Silahlı Qüvvələrinin resursları nəzərə alınıb.

Finlandiya müdafiə naziri Antti Kaykkonen Finlandiyanın Ukraynanı bir çox cəhətdən, o cümlədən müdafiə avadanlıqları ilə dəstəklədiyini bildirib: “Hazırda Ukraynanın əlavə hərbi yardıma ciddi ehtiyacı var və biz Ukraynaya göndərəcəyimiz müdafiə təyinatlı məhsulların həcmini artıracağıq”.

Qeyd edək ki, Rusiya tərəfindən fevralın 24-də Ukraynaya qarşı xüsusi əməliyyatlar başlayandan bəri Avropa İttifaqı və NATO-ya üzv dövlətlərdən dəfələrlə əlavə yardım istəyib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS