“Fırtına” haubitsanın mühərrik problemi aradan qaldırılmaq üzrədir

Türkiyənin “BMC Power” şirkəti tərəfindən hazırlanan və “Utku” adlanan 1000 at gücündəki mühərrik işə salınıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmmir özünün “Twitter” hesabında paylaşıb.
İsmail Dəmir bildirib ki, uğurla işə salınan bu mühərrik çəkisi 45 tona qədər olan tırtıllı yüngül zirehli döyüş maşınlarını və “Fırtına” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) hərəkətə gətirmək üçün inkişaf etdirilib.
Qeyd edək ki, Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) tərəfindən istehsal olunan 155 mm-lik “Fırtına” özüyeriyən haubitsalarının 2011-ci ildən Azərbaycana tədarükü nəzərdə tutulsa da, mühərrik probleminə görə ÖAQ-ın ixracı alınmayıb. Çünki, “Fırtına” özüyeriyən artilleriya qurğusunun təchiz edildiyi MTU-881 KA 500 müəhərrikinin istehsalçısı olan Almaniyanın MTU şirkəti Azərbaycan-Ermənistan arasındakı münaqişəni əsas gətirərək bu haubitsaların satışını əngəlləyib.
2017-ci ildə Ukraynanın “Ukroboronprom” Dövəlt Konserninin Türkiyədəki təmsilçisi “Delta Defence” şirkəti “Fırtına” haubitsalarının təchiz olunması üçün MKEK-ə 1050 at gücündəki 5TDFMA-1 dizel mühərriyini təklif edib.
Heyəti 5 nəfərdən ibarət olan “Fırtına” 155 mm çaplı L52 topuna və 12.7 mm çaplı pulemyota malikdir. Hərəkət halında 30 saniyə içində atəş hazırlığı vəziyyətinə gətirilə bilən “Fırtına” 15 saniyə intervalla atəş açır. Artilleriya qurğusunun 40 km-dən uzaqlıqdakı məsafədəki hədəflərə atəş açmaq qabiliyyəti var.




