“FLIR Systems” ABŞ ordusuna robot tədarük edəcək

“FLIR Systems” ABŞ ordusuna robot tədarük edəcək

“FLIR Systems” şirkəti ABŞ Silahlı Qüvvələrinə 600 ədəd “Centaur” müasir yerüstü robot tədarükü barədə dəyəri  70 milyon ABŞ dollarından çox olan yeni sifariş alıb.

“Poliqon” “Defence Express”ə istinadən xəbər verir ki, hələ 2017-ci ildə ABŞ Ordusu yerli “FLIR Systems” şirkətinin “Centaur” robot sistemini özünün sursatları zərərsizləşdirmə bölmələri (EOD) üçün yeni minatəmizləmə platforması olaraq seçib.

Belə ki, Ordu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusu üçün əlavə ehtiyat hissələr, antenalar, habelə faydalı yük daşıma dəstləri də daxil olmaqla yüzlərlə “Centaur” robotu sifariş verib.

Sursat və partlayıcı maddələrin məhv edilməsi qrupları “FLIR Centaur” yerüstü sistemindən minaları, partlamamış döyüş sursatlarını, əldəqayırma partlayıcı qurğuları və bu kimi təhlükəli vasitələri zərərsizləşdirmək üçün istifadə edirlər.

Eyni zamanda, operatorlar müxtəlif sensorlar və faydalı yükləri tez bir zamanda qoşaraq robotu kimyəvi, bioloji, radioloji və nüvə kəşfiyyatı tapşırıqları da daxil olmaqla digər əməliyyatların yerinə yetirilməsinə yönəldə bilirlər.

Əldə edilmiş razılaşmalara əsasən, “Centaur” robotlarının növbəti partiyalarının tədarükünün 2021-ci ilin üçüncü rübündə başlayacağı gözlənilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS