FNSS Malayziya şirkəti ilə birgə PARS maşınları istehsal edə bilər

FNSS Malayziya şirkəti ilə birgə PARS maşınları istehsal edə bilər

Tükiyənin FNSS şirkəti ilə Malayziyanın DEFTECH şirkəti arasında PARS taktiki təkərli zirehli nəqliyyat vasitələrinə yönəlik əməkdaşlıq müqaviləsi bağlanıb.

Bu barədə “Poliqon”a FNSS şirkətindən məlumat verilib.

Türkiyə və Malayziya şirkətləri arasında əməkdaşlıq müqaviləsi DSA-2022 Asiya Müdafiə Xidmətləri sərgisi çərçivəsində imzalanıb.

Müqavilə Malayziya Quru Qoşunlarının gələcək potensial ehtiyaclarının qarşılanmasını əhatə edir.

Qeyd edək ki, PARS ailəsinin 4×4, 6×6 və 8×8 təkər formuluna malik versiyaları var. 2000-ci illərin əvvəlindən etibarən öz imkanları hesabına 8×8 təkər platformalı PARS zirehli nəqliyyat vasitəsini hazırlamağa başlayan FNSS, Malaziya ilə olan AV-8 layihəsinin ardından Oman Quru Qoşunları üçün inkişaf etdirdiyi PARS III 8×8 layihəsilə taktiki təkərli zirehli maşın ixracatında ümumilikdə 1 milyard ABŞ dollardan çox satış həyata keçirib.

Bir çox ixracat müvəffəqiyyəti qazanan PARS III 8×8, o cümlədən PARS III 6×6 2019-cu ilin dekabrında imzalanan müqavilə ilə Türkiyə Silahlı Qüvvələri tərəfindən də seçilib. Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə FNSS arasında imzalanan Xüsusi Məqsədli Taktik Təkərli Zirehli Vasitə (ÖMTTZA) layihəsi çərçivəsində FNSS, Türkiyə Quru Qoşunları Komandanlığına və Jandarma Baş Komandanlığına ölkə daxili inkişaf modeli ilə 5 fərqli konfiqurasiyada 100 ədəd nəqliyyat vasitəsi hazırlayaraq təhvil verəcək. Bundan başqa, SSB ilə daha əvvəl imzalanan PARS 6×6 MKKA (MRAP – minaya qarşı qorumalı maşın) layihəsi ilə üstün bacarıqlara sahib 6×6 təkər platformalı nəqliyyat vasitələri Türkiyə Xüsusi Təyinatlı Qüvvələr Komandalığına təhvil veriləcək. Ölkədə fərqli alternativin olduğunu nəzərə alaraq, Türkiyə Ordusunun 6×6 və 8×8 taktik təkərli zirehli nəqliyyat vasitələri üçün FNSS-nin məhsulu olan PARS-a üstünlük verməsi vacib əhəmiyyətə malikdir.

Bundan əlavə Türk Quru Qoşunları Komandanlığının ehtiyacları istiqamətində FNSS şirkəti tərəfindən hazırlanan PARS 4×4 təkər platformalı silah daşıyan maşın (STA) sinifindəki digər nəqliyyat vasitələrində olmayan xüsusiyyətləri ilə seçilir. Türkiyə Silahlı Qüvvələrinə təhvil prosesi davam edən PARS 4×4 STA tanklarla mübarizə maşınları istənilən ərazi şəraitində atəş gücü, sürəti və yüksək manevr bacarığıyla düşmənə məxsus tank və digər zirehli vasitələri uzaq məsafədən məhv edə biləcək və qısa müddətdə mövqe dəyişdirərək ikinci hədəfi atəş altına alabiləcək imkanlara sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS