FNSS şirkəti 4000-dən çox zirehli döyüş maşınları tədarük edib

FNSS şirkəti 4000-dən çox zirehli döyüş maşınları tədarük edib

Fərqli ölkələrdəki istifadəçilər tərəfindən məhsulları seçilən Türkiyənin FNSS şirkəti, bu günə qədər 4000-dən çox zirehli döyüş maşınlarını sifarişçilərə təhvil verib.

Ehtiyaca görə xüsusi, effektiv, etibarlı və yenilikçi tırtıllı və təkərli zirehli maşınlar dizaynlayan, istehsal edən, həmçinin sahəsində dünya liderləri arasında qəbul olunan quru müdafiə sistemləri şirkəti olan FNSS-nin yaratdığı geniş məhsul ailəsi: 15 tonluq sinifə daxil olan zirehli nəqliyyat vasitələrindən orta ağırlıq sinfindəki tanka; 4×4-dən 8×8-ə qədər olan təkər platformalı taktiki zirehli maşınlara; səyyar üzən hücum körpüsündən zirehli istehkam maşınlarına və həm birbaşa personal tərəfindən, həm də uzaqdan idarə olunan döyüş modullarına qədər uzanır.

Yaradıcı həllərlə əlavə dəyər yaradır

FNSS 1000-ə yaxın işçi heyəti ilə məhsulun dizaynından servis dəstəyinə qədər, bütün xidmət fəaliyyəti müddətində yenilikçi həllər təqdim edir. Dünya bazarlarına müasir və yüksək texnologiyalı həllər təqdim edən FNSS tırtıllı nəqliyyat vasitələrində KAPLAN; təkərli maşınlarda isə PARS məhsul ailəsi ilə gələcək zamanın istifadəçi gözləntilərini formalaşdıran nəqliyyat vasitələri olmağa davam edir.

SAMUR AAAB Seyyar Y№z№c№ H№cum KЎpr№s№ scaled SAMUR analoqları ilə müqayisədə üstünlük təmin edir

2007-ci ildə Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə imzalanan Türkiyə hərbi quru nəqliyyat vasitələri müqaviləsinə əsasən ilk hazırlanan, özünəməxsus dizayn və seriyalı istehsal layihəsi olan SAMUR səyyar üzən hücum körpüsü 8×8 təkər formuluna malik PARS-ın texnologiyası ilə ərsəyə gətirilib. SAMUR sistemi Türkiyə Silahlı Qüvvələrinin taktiki əməliyyat ehtiyaclarına uyğun olaraq, ərazidəki su hövzələrindən sürətli və etibarlı şəkildə keçməsini təmin edən amfibiya nəqliyyat qrupu və körpü sistemidir. Bu gün Türkiyə Ordusunun inventarında olan SAMUR sistemləri, qlobal rəqibləri ilə müqayisədə üstünlük təmin edən qurudakı hərəkət qabiliyyətini buna borcludur.

FNSS-nin SSB ilə imzaladığı başqa bir zirehli istehkam maşını layihəsi olan KUNDUZ-un (Zirehli Amfibiya Mühəndis Maşını) zirehli və amfibiya xüsusiyyətlərinə sahib olması onu bu baxımdan öz sinfində əvəzsiz edir. Bu iki layihə Türk Silahlı Qüvvələrinin zirehli vasitə ehtiyacındakı xarici asılılığını aradan qaldırmaq baxımından da önə çıxır.

fnss kaplan mt new contentKAPLAN MT sinifinə yeni nəfəs gətirdi

FNSS istifadəçinin bütün istəklərini ayrı bir layihə olaraq ələ alır. İstifadəçinin xüsusi tələblərini dinləyir və hər birinin ehtiyaclarına cavab verən xüsusi həllər yaradır. FNSS bunu: proseslərə çevik reaksiya verməsi, qurduğu dizayn və məhsul biliyi, özü kimi çevik iş əməkdaşları və tədarük zənciri sayəsində bacarmaqdadır. PARS taktiki təkərli nəqliyyat vasitələri və sinifinə yeni nəfəs gətirən KAPLAN MT orta ağırlıq sinfinə aid tank buna yaxşı nümunədir.

FNSS 2011-ci ildə Malaziya Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün imzalanan müqaviləyə əsasən, Malaziyalı əməkdaşı DEFTECH (“DRB Hicom Defense Technologies Sdn Bhd.”) şirkəti ilə birgə PARS-ın 8×8 təkər platformalı versiyasının texnologiyasından istifadə edərək, 12 fərqli konfiqurasiyada “AV-8” taktiki təkərli zirehli maşın (TTZA) ailəsini hazırlayıb.

Cəmi 257 ədəd 8×8 nəqliyyat vasitəsinin dizaynlanıb istehsal edildiyi layihənin razılaşması hələ də Türkiyənin quru müdafiə sektorunda 550 milyon ABŞ dolları dəyərində olan və bir dəfədə reallaşdırılan ən böyük müdafiə sistemi ixracat müqaviləsi adını saxlayır.

2014-cü ildə Türkiyə və İndoneziya arasında əldə olunan razılaşmaya əsasən, FNSS İndoneziya Ordusu üçün KAPLAN MT tanklarını inkişaf etdirərək, 2019-cu ildə seriyalı istehsal mərhələsinə gətirməyi bacarıb. Seriyalı istehsal edilən ilk KAPLAN MT tanklarının İndoneziya Ordusuna təhvil verilməsinə 2021-ci ilin son rübündə başlanacaq.

AV-8 ve KAPLAN MT layihələri eyni zamanda Türkiyədən xaricə əhəmiyyətli dərəcədə texnologiya transferinin olunmasını da özündə ehtiva edir. Beləliklə FNSS qlobal rəqabət mühitində, sektorda təcrübə səviyyəsini qeyd edərkən, istifadəçi və paydaşlarına dəyər qatma missiyasını bir kərə daha yerinə yetirməyin qürurunu yaşayır.

PARS III 8x8 1 scaledZirehli maşınlarda PARS imzası

2000-ci illərin əvvəlindən etibarən öz mənbələri hesabına 8×8 təkər platformalı PARS zirehli nəqliyyat vasitəsini hazırlamağa başlayan FNSS, Malaziya ilə olan AV-8 layihəsinin ardından Oman Quru Qoşunları üçün inkişaf etdirdiyi PARS III 8×8 layihəsilə taktiki təkərli zirehli maşın ixracatında ümumilikdə 1 milyard ABŞ dollardan çox satış həyata keçirib.

Bir çox ixracat müvəffəqiyyəti qazanan PARS III 6×6 və PARS III 8×8, 2019-cu ilin dekabrında imzalanan müqavilə ilə Türkiyə Silahlı Qüvvələri tərəfindən də seçilib. Müdafiə Sənayesi Başqanlığı ilə FNSS arasında imzalanan Xüsusi Məqsədli Taktik Təkərli Zirehli Vasitə (ÖMTTZA) layihəsi çərçivəsində FNSS, Türkiyə Quru Qoşunları Komandanlığına və Jandarma Baş Komandanlığına ölkə daxili inkişaf modeli ilə 5 fərqli konfiqurasiyada cəmi 100 ədəd nəqliyyat vasitəsi hazırlayaraq təhvil verəcək. Yenə SSB ilə daha əvvəl imzalanan PARS 6×6 MKKA (MRAP – minaya qarşı qorumalı maşın) layihəsi ilə üstün bacarıqlara sahib 6×6 təkər platformalı nəqliyyat vasitələri Türkiyə Xüsusi Təyinatlı Qüvvələr Komandalığına təhvil veriləcək. Ölkədə fərqli alternativin olduğunu nəzərə alaraq, Türkiyə Ordusunun 6×6 və 8×8 taktik təkərli zirehli nəqliyyat vasitələri üçün FNSS-nin məhsulu olan PARS-a üstünlük verməsi vacib əhəmiyyətə malikdir.

pars 4x4 1FNSS-nin tank qırıcısı

Bundan əlavə Türk Quru Qoşunları Komandanlığının ehtiyacları istiqamətində FNSS şirkəti tərəfindən hazırlanan PARS 4×4 təkər platformalı silah daşıyan maşın (STA) sinifindəki digər nəqliyyat vasitələrində olmayan xüsusiyyətləri ilə seçilir. Türkiyə Silahlı Qüvvələrinə təhvil prosesi davam edən PARS 4×4 STA tanklarla mübarizə maşınları istənilən ərazi şəraitində atəş gücü, sürəti və yüksək manevr bacarığıyla düşmənə məxsus tank və digər zirehli vasitələri uzaq məsafədən məhv edə biləcək və qısa müddətdə mövqe dəyişdirərək ikinci hədəfi atəş altına alabiləcək imkanlara sahibdir.

600-dən çox təsdiqlənmiş yerli tədarükçü ilə Türkiyə müdafiə sənayesinin milli dəyəri olan FNSS, 30 illik məlumat bazası sayəsində bütün paydaşlarına yaradıcı həllər ilə dəyər qatmağa davam edir.

Zaur Babaşov

Poliqon jurnalı

 

CATEGORIES
TAGS