FNSS şirkəti “World Defense Show”da yeni zirehli nəqliyyat vasitəsinin təqdimatını keçirəcək

FNSS şirkəti “World Defense Show”da yeni zirehli nəqliyyat vasitəsinin təqdimatını keçirəcək

Türkiyənin FNSS şirkəti tərəfindən inkişaf etdirilən yeni PARS ALPHA zirehli nəqliyyat vasitəsinin 4-8 fevral tarixlərində Səudiyyə Ərəbistanında baş tutacaq “World Defense Show” sərgisində təqdimatı keçiriləcək.

“Poliqon” “Anadolu Agentliyinə” istinadən xəbər verir ki, bununla da PARS ALPHA ilk dəfə nümayiş etdirilmiş olacaq.

Bildirilib ki, yüksək hərəkət qabiliyyətinə, sürətə və qoruma səviyyəsinə malik PARS ALPHA 8×8 ən qabaqcıl missiya sistemləri ilə təchiz ediləcək.

CATEGORIES
TAGS