Fövqəladə Hallar Nazirliyi “YAŞAT” Fonduna 50 min manat köçürüb

Fövqəladə Hallar Nazirliyi “YAŞAT” Fonduna 50 min manat köçürüb

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı “YAŞAT” Fonduna 50 min manat köçürüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Azeri Defence”ə verilən məlumata görə, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını fəda vermiş qəhrəmanlara və onların ailələrinə diqqət və qayğının göstərilməsini hər zaman öz fəaliyyətinin başlıca istiqamətlərindən birinə çevirmiş Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı dekabrın 9-də “YAŞAT” Fonduna ittifaqın büdcəsindən 50 000 manat pul vəsaiti köçürüb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 8-də Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun – “YAŞAT” Fondunun təsis olunması ilə bağlı Fərman imzalayıb.

 

CATEGORIES
TAGS