
“Dassault Aviation” şirkəti Fransanın Hava və Kosmik Qüvvələrinə 42 ədəd “Rafale” döyüş təyyarəsi tədarük edəcək.
“Poliqon” “Dassault Aviation”a istinadən xəbər verir ki, bunun üçün 2023-cü il dekabr ayının sonunda Fransa Müdafiə Təchizatları Agentliyi (DGA) tərəfindən əlavə sifariş edilib.
Xatırladaq ki, hələ 2022-ci ilin payızında Fransanın 42 ədəd “Rafale” döyüş təyyarəsi alacağı ilə bağlı məlumatlar yayılmış və bunların F4 versiyasında olacağı bildirilmişdi.




