
Fransanın “Thales Group” şirkəti Niderland Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətini artırmaq üçün “Bushmaster” zirehli maşınlarının tədarük prosesini sürətləndirəcək.
“Poliqon” “Thales”ə istinadən xəbər verir ki, “Bushmaster” zirehli maşınları ən son konfiqurasiyada təkmilləşdirilmiş sistem və funksiyalarla Niderland Ordusuna təqdim olunacaq.
“Thales”in törəməsi olan “Thales Australia” şirkəti tərəfindən istehsal edilən bu zirehli texnikalar yüksək riskli döyüş şəraitində şəxsi heyətin müdafiəsi üçün nəzərdə tutulub və müasir müharibə tələblərinə uyğun təkmilləşdirilmiş sistemlərlə təchiz edilir.
Sözügedən layihənin icrasında Avstraliya Ordusu ilə əməkdaşlıq ediləcək və itehsal prosesinin sürətləndirilməsi üçün bu ölkədə yerləşən istehsal xətti aktiv şəkildə istifadə olunacaq. Bu yanaşma həm tədarük müddətini qısaltmağı, həm də artan qlobal müdafiə tələbatına daha operativ cavab verməyi hədəfləyir.




