Fransa Ordusu təkmilləşdirilmiş “Leclerc” tankları ilə təmin olunacaq

Fransa Ordusu təkmilləşdirilmiş “Leclerc” tankları ilə təmin olunacaq

Fransa Ordusu 2025-ci ilin sonuna kimi modernizasiya işləri başa çatan 122 ədəd “Leclerc” əsas döyüş tankı ilə təmin ediləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, 2021-ci ilin iyul ayına olan hesabata əsasən hazırda Fransa Ordusunun silahlanmasında “Nexter” şirkətinin istehsalı olan 222 ədəd “Leclerc” tankı mövcuddur.

Qeyd edək ki, 2014-cü ildə başladılan “Scorpion” proqramı çərçivəsində 200 ədəd “Leclerc” əsas döyüş tankının təkmilləşdirməsi planlaşdırılıb.

Həmçinin proqramda VBMR-L “Serval”, “Griffon” və “Jaguar” zirehli nəqliyyat vasitələrinin istehsal edilməsi də nəzərdə tutulub. Bütün modernizasiya və yeni maşınların istehsal olunması işləri “Nexter”, RTD və “Thales” şirkətləri tərəfindən birgə həyata keçirilir.

Poliqon.az

CATEGORIES
TAGS