Fransa Ordusuna yeni VBMR-L “Serval” zirehli nəqliyyat vasitələri təhvil verilib

Fransa Ordusuna yeni VBMR-L “Serval” zirehli nəqliyyat vasitələri təhvil verilib

Dövlət Satınalmalar Agentliyi (DGA) vasitəçiliyi ilə Fransız Ordusuna 4 ədəd yeni yüngül zirehli çoxməqsədli maşın VBMR-L “Serval” nəqliyyat vasitəsi təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Fransa Dövlət Satınalmalar Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, cari il ərzində Fransa Ordusu üçün ilkin mərhələdə istehsal ediləcək 70 ədəd VBMR-L “Serval” nəqliyyat vasitəsindən 60 ədədinin təhvil verilməsi planlaşdırılıb. Bunlardan isə 15 ədədi artıq Ordunun istifadəsinə verilib.

Ümumilikdə 2030-cu ilə qədər Fransa Silahlı Qüvvələrinə 978 ədəd VBMR-L “Serval” nəqliyyat vasitəsinin verilməsi hədəflənib.

Qeyd edək ki, VBMR-L “Serval” maşınları həm “Griffon”, həm də “Jaguar” zirehli nəqliyyat vasitələri kimi 2014-cü ildə başladılan “Scorpion” proqramı çərçivəsində “Nexter” şirkətinin zavodlarında istehsal olunur. Bu proqram “Nexter”, RTD və “Thales” şirkətləri tərəfindən birgə həyata keçirilir.

Proqramın məqsədi Fransa Ordusunu yeni ağır və yüngül zirehli nəqliyyat vasitləri ilə təmin etmək, eyni zamanda 200 ədəd “Leclerc” əsas döyüş tankının təkmilləşdirmə işlərini aparmaqdır.

Poliqon.az

CATEGORIES
TAGS