Fransa Silahlı Qüvvələri 169 ədəd H160M helikopteri alacaq

Fransa Silahlı Qüvvələri 169 ədəd H160M helikopteri alacaq

Fransa Müdafiə Nazirliyi “Airbus” şirkətinə H160M “Cheetah” helikopteri sifariş edib.

“Poliqon”un məlumatına görə, bu barədə Fransanın Müdafiə naziri Florens Parli açıqlama verib.

Bildirilib ki, tərəflər arasında imzalanan müqavilənin ümumi dəyəri 9,8 milyard ABŞ dolları təşkil edib. Müqaviləyə əsasən “Airbus” şirkəti 2027-ci ildən etibarən Fransanın Hava-Kosmik Qüvvələri, Ordu Aviasiyası və Hərbi Dəniz Qüvvələri üçün 169 ədəd H160M “Cheetah” helikopteri və əlavə variantlarını istehsal edəcək.

Nazirin sözlərinə görə, yeni “Cheetah” helikopterləri hazırda Fransa Silahlı Qüvvələrinin aviasiya parkında yer alan, 40 ildən artıq xidmətdə olan 5 növ helikopteri əvəz edəcək.

Poliqon.az

CATEGORIES
TAGS