Fransada zirehli texnikalar üçün dinamik kamuflyaj yaradılıb

Fransada zirehli texnikalar üçün dinamik kamuflyaj yaradılıb

Fransalı mütəxəssislər zirehli texnikalar üçün dinamik kamuflyaj yaradıblar.

“Poliqon” xəbər verir ki, ötən həftə Parisdə keçirilən müdafiə innovasiyaları sərgisində Fransa Müdafiə Təchizatları Agentliyi (DGA) bir sıra perspektivli inkişafları nümayiş etdirib.

Ən maraqlı texnologiyalardan biri “Caméléon” layihəsidir. Dinamik kamuflyajın inkişafı layihəsi 2008-ci ildə başlamış və iki il sonra DGA tərəfindən patentləşdirilib. İndi isə layihə bir nümayiş mərhələsinə çatıb.

Tərtibatçıların fikrincə, kamuflyaj sistemi süni intellekt sistemi ilə idarə olunan piksel ekranlardan ibarətdir. Ətraf mühiti izləmək və panelin rəngini tez dəyişmək imkanı sayəsində zirehli texnikalar görünən və termal infraqırmızı diapazonda görünməz olur.

Qeyd etmək lazımdır ki, cari ilin oktyabr ayının əvvəllərində Rusiya mətbuatı müdafiə sənayesi müəssisəsi (“Roselektronika” şirkəti olması ehtimal olunur) tərəfindən zirehli texnikaların maskalanması məqsədi ilə elektroxrom əsaslı buqələmun prinsipli innovativ materialın yaradıldığı barədə xəbər paylaşmışdı.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS