Fransanın 6 ədəd “Dassault Rafale” qırıcısı Yunanıstana çatdırılıb
Fransanın “Dassault Aviation” şirkətinin istehsalı olan “Dassault Rafale” çoxməqsədli qırıcılarının 6 ədəddən ibarət ilk partiyası Yunanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) çatdırılıb.
“Poliqon” xəbər verir ki, dəyəri 3 milyard avro (3,4 milyard ABŞ dolları) olan müqaviləyə əsasən ümumilikdə 24 ədəd qırıcı tədarük olunacaq.
Məlumat üçün bildirək ki, “Rafale” döyüş təyyarələri Fransa və Yunanıstan ilə yanaşı, Qətər, Hindistan, Misir, Xorvatiya, Finlandiya kimi ölkələrin HHQ-ləri tərəfindən istifadə olunur. “Rafale” Əfqanıstan, Liviya, Mali, İraq və Suriya döyüşlərində istifadə edilib.
Əhəd Əzizov
CATEGORIES Xəbərlər