
Füzuli rayonunda iki mülki şəxs minaya düşüb
İyulun 8-də saat 14 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində 2 nəfər mülki şəxs minaya düşüb.
Bu barədə “Poliqon”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
CATEGORIES Xəbərlər