
Füzuli rayon sakini tank əleyhinə minaya düşərək həlak olub.
“AzeriDefence”nin məlumatına görə, yanvarın 14-də Füzuli rayonunun Qazaxlar kəndində baş vermiş hadisə nəticəsində adıçəkilən kəndin sakini Şakir Namazov həlak olub.
Sahədə at üzərində hərəkət edən Ş.Namazov tank əleyhinə minaya düşüb.
Mərhumun 1990-cı illərin əvvəllərində həmin ərazidə ermənilərin gülləsinə tuş gəldiyi bildirilir. O zaman Ş.Namazov yaralansa da həyatda qalmışdı.



