GDLS şirkəti ABŞ Ordusuna S-MET çoxməqsədli robotlarını təhvil verib
“General Dynamics Land Systems” (GDLS) şirkəti ABŞ Ordusuna 16 ədəd S-MET (Small Multipurpose Equipment Transport) çoxməqsədli yerüstü robotunu təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “General Dynamics Land Systems” şirkəti məlumat yayıb.
Bildirilib ki, kiçik ölçülərə malik olan S-MET robotu əsasən yüklərin daşınması üçün nəzərdə tutulub.
Həmçinin bu robot əməliyyat ərazisində personala yaxın döyüş dəsyəti də təmin edə bilir. Uzaqdan idarəedilən S-MET çoxməqsədli robotu hibrid-elektrikli güc qurğusu vasitəsi ilə hərəkətə gətirilir.
Qeyd edək ki, GDLS şirkəti S-MET robotunu ABŞ Ordusu tərəfindən başladılan və 2020-ci ilin iyul ayında qalib gəldiyi Small Multipurpose Equipment Transport proqramı çərçivəsində hazırlayıb.
CATEGORIES Xəbərlər