General: Azərbaycanın ərazilərini istənilən təhlükədən müdafiə edən çox güclü Komando birlikləri mövcuddur

General: Azərbaycanın ərazilərini istənilən təhlükədən müdafiə edən çox güclü Komando birlikləri mövcuddur

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə mütəmadi qaydada genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev POLİQON jurnalına müsahibəsində söyləyib.

“Onu da qeyd edim ki, hər bir təlim daha geniş miqyası ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqlənir. Bu baxımdan, iki qardaş ölkənin Silahlı Qüvvələri daim dünyanın diqqət mərkəzində dayanır, ölkələrimizin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirir. Təbii ki, yeni standartlar da qəbul edilir və icra olunur.

Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları Komando birliklərinin hazırlanması istiqamətində öz mühüm tapşırıq və tövsiyələrini verdi və artıq Azərbaycanın ərazilərini istənilən təhlükədən müdafiə edən çox güclü, peşəkar və kifayət qədər potensialı olan Komando birlikləri mövcuddur. Həmin perspektivlər isə əlbəttə ki, inkişaf etdirilir və hərbi modelin təkmilləşdirilməsi amili də daim nəzərtə tutulur”, – deyə general-polkovnik Məhərrəm Əliyev vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS