“General Dynamics” və MBDA birlikdə “Overwatch” tank qırıcısını yaradır

“General Dynamics” və MBDA birlikdə “Overwatch” tank qırıcısını yaradır

ABŞ-ın “General Dynamics” şirkətinin Böyük Britaniya bölməsi, Böyük Britaniya ordusunun gözlənilən sifarişi çərçivəsində yeni “Overwatch” tank qırıcısı yaratmaqdan ötrü MBDA Avropa konsorsiumu ilə güclərini birləşdirib.

“Poliqon” xəbər verir ki, bu barədə “General Dynamics” şirkəti məlumat yayıb.

Layihəyə görə bu maşın, “General Dynamics” tərəfindən tədarük edilən “Ajax” PDM bazasına əsaslanan maşınlarla təchiz edilmiş ağır və kəşfiyyat zərbə döyüş maşınlarının imkanlarını tamamlamalıdır. Bu səbəbdən də “Ajax” PDM bazası yeni döyüş vasitəsinin şassisi olaraq seçilib.

Daha doğrusu, “Overwatch” tank qırıcısı düşməni aşkar etmək üçün bütün lazımi sistemlərə sahib olan “Ares” döyüş maşınının kəşfiyyat versiyasıdır. Lakin, öz növbəsində, MBDA istehsalı “Brimstone” raketləri ilə təchiz edilir.

Baxmayaraq ki, “Brimstone” raketi hava bazalıdır, lakin onun yerüstü vasitədən buraxılmaq üçün uyğunlaşdırılması artıq tamamlanıb.

““Brimstone” əsaslı həllər, müasir elektron arxitekturadan istifadə edərək “Ares” maşınlarına asanlıqla inteqrasiya edilə bilir, yeni texnologiyalar və imkanları sürətlə yerləşdirməyinizə imkan verir”, – deyə “General Dynamics” şirkətindən bildirilib.

Qeyd etmək lazımdır ki, “Brimstone” raketinin imkanları müasir döyüş meydanının bütün tələblərinə cavab verməyə daha çox uyğun gəlir:

  • Birincisi, raket yarıaktiv lazer və özünün radiolokasiya özütuşlama başlığı sayəsində aktiv idarəetmə olmaqla, iki idarəetmə sisteminə malikdir. Bu, yaylım atışı da daxil olmaqla, hər bir raketi öz hədəfinə tuşlanması ilə “atdın-unutdun” rejimində buraxmağa imkan verir.
  • İkincisi, “Brimstone” raketi əhəmiyyətli bir atəş məsafəsinə malikdir. Onun helikopter versiyası hədəfləri 40 km-ə qədər məsafədə məhv edə bilir. Əlbətdə ki, yerüstü versiya daha aşağı mənzilli olacaq, lakin yenə də uçuş məsafəsi bir neçə on kilometr təşkil edəcəkdir. Təcrübədə bu, əgər düşmənin aşkarlanmasına pilotsuz uçuş aparatı (PUA) və ya ön tuşlayıcı cavabdeh olacağı təqdirdə, düzünə görünüş hüdudlarından kənarda yerləşən hədəflər üzərində “işləmək” imkanı verəcəkdir.
  • Üçüncüsü, “Brimstone” raketinin qabarit ölçüləri və kütləsi kiçikdir: uzunluğu 1800 mm, diametri 188 mm və çəkisi 50 kq təşkil edir. Bu da öz növbəsində, yerüstü döyüş vasitəsinə 8 raketdən ibarət “paket” yerləşdirməyə imkan verir.
bb

“MBDA” şirkətinin “Brimstone” raketi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS