
ADEX-2026 sərgisi çərçivəsində Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı, general-leytenant Babək Ələkbərov POLİQON Media Qrupunun stendini ziyarət edib.
General-leytenant Babək Ələkbərov POLİQON Media Qrupunun fəaliyyəti ilə tanış olub, “Poliqon” jurnalının ADEX-2026 Xüsusi Buraxılışına, eləcə də əvvəlki saylarına nəzər salıb.
Ziyarət çərçivəsində general-leytenant Babək Ələkbərov ilə POLİQON Media Qrupunun rəhbəri Zaur Babaşov arasında görüş keçirilib. Görüş zamanı müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahələrində informasiya təminatı, hərbi-texnoloji yeniliklərin işıqlandırılması, həmçinin bu sahələrdə baş verən proseslər barədə məlumatların operativ və obyektiv şəkildə ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ADEX-2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir. POLİQON Media Qrupu sərgidə 1-ci zalda, M104 stendində təmsil olunur.





