
General-polkovnik Zakir Həsənov ADEX sərgisinin təşkilatçılığını yüksək qiymətləndirib
Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
“Poliqon” xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təşkilatçılığını, ölkəmizdə və digər qabaqcıl dövlətlərdə istehsal edilən müasir silah-texnika nümunələrinin stendlərdə nümayiş etdirilməsini yüksək qiymətləndirib.
CATEGORIES ADEX-2024