General Zaur Abdullayev: Vətən müharibəsi ölkə mediasında peşəkarcasına işıqlandırıldı

General Zaur Abdullayev: Vətən müharibəsi ölkə mediasında peşəkarcasına işıqlandırıldı

Vətən müharibəsi zamanı ordu-xalq həmrəyliyi nümayiş etdirən ölkə ziyalıları, o cümlədən milli-dövlətçilik maraqlarını hər zaman uca tutan kütləvi informasiya vasitələri 30 illik torpaqlarımızın işğalına son qoyan və ədaləti bərpa edən rəşadətli Silahlı Qüvvələrimizə dəstək verdi.

“Poliqon” xəbər verir ki, bu fikirləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Milli Mətbuat günü münasibətilə keçirilən tədbirdə deyib.

“Bu birlik, mənəvi dəstək və həmrəylik Azərbaycan Ordusunu daha da qüdrətli etdi. Vətən müharibəsi ölkə mediasında peşəkarcasına işıqlandırıldı. Mətbuat nümayəndələrimizin reportajları, yazıları, informasiyaları xalqımızda Qələbəyə inamı, ruh yüksəkliyini daha da artırdı.

İnformasiya müharibəsində haqq işimizi ləyaqətlə təbliğ edən ölkə mediası bu gündə Böyük Qələbəmiz, Müzəffər Ali Baş Komandanın apardığı siyasəti, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını müntəzəm olaraq və yüksək səviyyədə Azərbaycan və dünya ictimaiyyətlərinə çatdırır”, – deyə general-mayor Zaur Abdullayev bildirib.

Poliqon.az

CATEGORIES
TAGS