GIDS məhsulları dünyanın müxtəlif qitələrindəki ölkələrə ixrac edilib

GIDS məhsulları dünyanın müxtəlif qitələrindəki ölkələrə ixrac edilib

Son 10 ildə aviabombalar, fitillər, raketlər, tank əleyhinə idarə olunan raketlər (ATGM), PUA-lar və təhlükəsizlik/qarşıdurma vasitələri dünyanın müxtəlif qitələrində 10-dan çox ölkəyə ən çox ixrac edilən məhsullarımız olub.

Bunu “Poliqon” jurnalına müsahibəsində  “Global Industrial & Defense Solutions” (GIDS) şirkətinin baş direktoru Asad Kamal söyləyib.

Onun sözlərinə görə, son illərdə ağıllı silah sistemləri və pilotsuz uçuş aparatları Afrika və Cənubi Asiya regionlarında yüksək tələb görür: “Bundan başqa, Körfəz regionunda tanınmış sənaye tərəfdaşları ilə birgə layihələrimiz davam edir”.

Şirkətin pilotsuz uçuş aparatları sahəsində 30 ildən artıq təcrübəsinin olduğunu vurğulayan A.Kamal bildirib ki, PUA-lar GIDS-in əsas ixtisaslaşma istiqamətlərindən biridir.

“Kritik altsistemlərdən datalinklər, faydalı yüklər, korpus strukturu, INS, giroskoplar, avtomatik eniş, radio-elektron maneə vasitələri və s. Pakistanda yerli imkanlarla hazırlanıb.

Məhsul xəttimiz MALE sinfindən olan “Shahpar-II” PUA-sından (1000 km məsafə) tutmuş əl ilə atılan kiçik PUA-lara qədər geniş çeşidi əhatə edir. Eləcə də 200 km uçuş məsafəsinə malik katapult əsaslı UQAB NG hazırlamışıq. Bizim şüarımız bunu əks etdirir: “Hər missiya üçün PUA””, – deyə baş direktor qeyd edib.

CATEGORIES
TAGS