“Gizir hazırlığı kursu”na qəbul prosesi davam edir – VİDEO

“Gizir hazırlığı kursu”na qəbul prosesi davam edir – VİDEO

Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili pilləsinə (“Gizir hazırlığı kursu”na) qəbul prosesi davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kursa qəbul olmaq istəyən cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər iyulun 10-dək ərizə ilə hərbi institutun rektoruna müraciət edə bilərlər.

Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Poliqon.az

CATEGORIES
TAGS