
“Gökdoğan” raketinin radar arayıcı başlığı ilə sınaq atışı keçirilib – VİDEO
Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən “Göktuğ” layihəsi çərçivəsində hazırlanan “Gökdoğan” “hava-hava” tipli raketinin radar arayıcı başlığı ilə sınaq atışı keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir rəsmi “Twitter” hesabında bildirib.
Yerli imkanlarla hazırlanan və inkişaf etdirilən “Gökdoğan” raketi Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan F-16 döyüş təyyarəsindən atılıb.
SSB başqanı paylaşımında qısa və orta/uzun mənzilli “Gökdoğan” və “Bozdoğan” raketlərinin bu il Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyini də açıqlayıb.
Türkiyənin ilk milli “hava-hava” tipli “Bozdoğan” və “Gökdoğan” raketləri 2013-cü ildə başlayaraq hazırlanır. Bu raketlər Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrində hazırda istifadə edilən ABŞ istehsalı AIM-120 AMRAAM və AIM-9 “Sidewinder” raketlərini əvəz edəcək. Digər tərəfdən, F-16 təyyarələri üçün sertifikatlaşdırılmaq üzrə olan raketlərin “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı (PUA) “Aksunqur” PUA və Milli Döyüş Təyyarəsi (MMU) platformalarına inteqrasiya fəaliyyətləri də davam etdirilir.
Rizvan Fikrətoğlu