
Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğrayıb
Gəncə-Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonunun Aşıqlı kəndindən keçən hissəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobil aşıb.
“Poliqon” APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
CATEGORIES Xəbərlər