HavaXəbərlər

“Gripen” qırıcıları üçün yeni uçuş idarəetmə kompüteri hazırlanacaq

“Saab” şirkəti İsveç Müdafiə Avadanlıqları Administrasiyasından (FMV) “Gripen” qırıcı təyyarələri üçün yeni nəsil uçuş idarəetmə kompüterinin hazırlanmasına dair sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri 1,3 milyard İsveç kronu təşkil edir və məhsulun təhvil verilməsinə 2030-cu ildə başlanılması planlaşdırılır.

Sifariş çərçivəsində şirkət hazırda “Gripen” təyyarələrində istifadə olunan uçuş idarəetmə kompüterini yüksək məhsuldarlıq və təchizat təhlükəsizliyi tələblərinə, uzunmüddətli istismar və gələcək ehtiyaclara cavab verəcək uyğun yeni həll ilə əvəz edəcək.

Qeyd edək ki, uçuş idarəetmə kompüteri “Gripen” qırıcılarının uçuş idarəetmə sisteminin əsas komponentlərindən biridir və təyyarənin təhlükəsiz və dəqiq manevrlər etməsini təmin edir.

Back to top button