Güllə atıcılığı üzrə yarış keçirilib

Güllə atıcılığı üzrə yarış keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yaradılmasının doqquzuncu ildönümü münasibətilə şəxsi birincilik üzrə güllə atıcılığı yarışı təşkil edilib.

Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat xidməti məlumat verib.

Cəmiyyətin atıcılıq kursunun 200-dək müdavimindən ən yüksək atış bacarığına malik 40-ı bir araya gələrək silahlarını ən sərrast atıcı adı uğrunda hədəfə tuşlayıb. Yarış kiçik çaplı silahdan istifadə edilməklə Mərkəzin 25 metrlik qapalı poliqonunda təşkil olunub.

Cəmiyyətin sədri Niyazi Eynalov yarışı açıq elan edərək, iştirakçılara uğurlar diləyib. O, yarışın qarşıya qoyulan məqsədə doğru daha bir addım olduğunu və bundan sonra da gənclərdə zəruri keyfiyyət və bacarıqları formalaşdırmaq üçün idmanın hərbi tətbiqi növünün inkişaf etdiriləcəyini söyləyib.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhid və qazilərimizin döyüş şücaətlərindən söhbət açılıb.

Göstərilən nəticələr üzrə münsiflər heyətinin yekun qərarına əsasən yarışın baş mükafatı olan “Ən sərrast atıcı” fəxri diplomuna kursun müdavimi Cabir Əliyev layiq görülüb. Rəqiblərini önləyən Zəmanə Behbudova ikinci, Əmir Əliyev isə üçüncü yeri tutub. Onlar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

atici atici1 atici2 atici3

Poliqon.az

CATEGORIES
TAGS