
Gürcüstan hərbi texnika parkını yeniləyir
Gürcüstan Müdafiə Qüvvələrinin texnika parkı yenilənir.
Bu barədə “Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Müdafiə Nazirliyinin elan etdiyi NATO standartlarında yeni avadanlıqların satınalma proqramı çərçivəsində 300-dən çox xüsusi maşın, o cümlədən IVECO tipli yanacaq daşıyan maşınlar, IVECO və MAN tipli yük maşınları satın alınıb.
Yeni nəqliyyat vasitələri Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili və Müdafiə Qüvvələrinin Komandanı general-mayor Giorgi Matiaşvilinin 4-cü Vaziani Mexanikləşdirilmiş Briqadasına səfəri zamanı nümayiş etdirilib.
CATEGORIES Xəbərlər