
Gürcüstan İsrail ilə birgə Gİ-4 avtomatı istehsal edəcək – FOTO
Gürcüstanın Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzdə NATO standartlarına uyğun Gİ -4 indeksli 5.56 mm kalibrli avtomatların istehsalına başlanılıb.
“Poliqon” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, müasir silahların istehsalı yeni açılan Gürcüstan-İsrail birgə müəssisəsində həyata keçiriləcək.
Bildirilib ki, müasir avadanlıqla təchiz edilmiş müəssisənin buraxacağı silahlar həm Gürcüstanın müdafiə qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub.
Gürcüstan-İsrail birgə müəssisəsində gələcəkdə digər silah-sursatların da istehsalı planlaşdırılır.