
Gürcüstan modernləşdirilmiş növbəti Su-25-in uçuş sınaqlarını keçirib
Gürcüstan Silahlı Qüvvələrinə məxsus modernləşdirilmiş ikinci Su-25 döyüş təyyarəsinin sınaq uçuşları keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Su-25 təyyarəsinin modernizasiyası Gürcüstan Müdafiə Nazirliyinin Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının iştirakı və nəzarəti altında “Tam ASC Tbilaviamsheni” ilə “SSTC Delta”-nın birgə əməkdaşlığı şəraitində həyata keçirilib.
Qeyd edək ki, Su-25 təyyarələrinin təkmilləşdirilməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyi və “Tam ASC Tbilaviamsheni” arasında müqavilə 2020-ci ilin iyul ayında imzalanıb.
Müqaviləyə əsasən 2020-ci ilin avqust ayından başlanan Su-25-lərin əsaslı təmir və modernizasiya işləri 2022-ci ilin sonuna kimi başa çatacaq.