Gürcüstanın müdafiə naziri Ermənistana səfər edib
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Ermənistana rəsmi səfər edib.
Bu barədə “Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Rəsmi qarşılanma mərasimindən sonra C.Burçuladze Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Arşak Karapetyan ilə görüşüb.
Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, hərbi təhsil, hərbi tibb, kadr hazırlığı və bu əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
CATEGORIES Xəbərlər