Aerospace
Gürcüstanın zərbə PUA -sı FOTO

Gürcüstanın “Delta” Mərkəzi helikopter tipli pilotsuz uçuş aparatını (PUA) təqdim edib. “Azeri Defence”nin məlumatına görə sosial şəbəkələrdə Gürcüstanın zərbə PUA -nın fotoları yayılıb.
PUA -nın silahlanmasına kiçik kalibrli raketlər və pulemyot daxildir.
PUA eyni zamanda kəşfiyyat – müşahidə sensorlarına sahibdir.
“AzeriDefence”nin əldə etdiyi məlumata görə, Gürcüstan zərbə PUA -nı Polşanın hazır layihəsi əsasında hazırlayıb. Polşa sözügedən PUA layihəsini iki il əvvəl MSPO sərgisində nümayiş etdirib.



