HavaXəbərlər

HALCON proqramı çərçivəsində İspaniyanın ilk “Eurofighter” qırıcısı təqdim edilib

HALCON proqramı çərçivəsində İspaniya Hava və Kosmik Qüvvələri üçün istehsal edilmiş ilk “Eurofighter” qırıcısı “Airbus” şirkətinin Madriddə yerləşən Getafe müəssisəsində təqdim olunub.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, təyyarənin mühərrikinin ilk dəfə işə salınması və ilk uçuşunun həyata keçirilməsi üçün bütün hazırlıq işləri başa çatdırılıb.

HALCON proqramı çərçivəsində İspaniyaya tədarük olunacaq 20 ədəd “Eurofighter” qırıcısı “E-Scan” radar sistemi ilə təchiz ediləcək. Təyyarələrin İspaniya Hava və Kosmik Qüvvələrinə çatdırılmasına bu ildən başlanılması nəzərdə tutulur.

Back to top button