Haluk Görgün: Məqsədimiz Azərbaycanda qabaqcıl texnologiyaların istifadəsini genişləndirməkdir

Haluk Görgün: Məqsədimiz Azərbaycanda qabaqcıl texnologiyaların istifadəsini genişləndirməkdir

ASELSAN şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Haluk Görgün Silahlı Qüvvələr Gününü münasinətilə Azərbaycan ordusunu təbrik edib.

ASELSAN-ın Baş direktorunun “Poliqon” jurnalına ünvanladığı təbrik məktubunda bildirilib:

Torpağına, bayrağına vurğun olan Azərbaycanımızın igid ordusunun Silahlı Qüvvələr Gününü ürəkdən təbrik edirəm.

Qarabağı 30 illik həsrətin ardından Ana Vətənlə qovuşduran, Xarıbülbülə çiçək açdıran qəhrəman Azərbaycan ordusunu bir daha təbrik edirəm. 44 günlük mübarizədə şəhid olanlara Allahdan rəhmət, qazilərə acil şəfalar diləyirəm.

ASELSAN olaraq, Türkiyə-Azərbaycan münasibətlərinin ən önəmli mövzularından biri olan regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərində hər cür töhfə verərək, bu torpaqların daha da çiçəklənməsi və uşaqlarımıza parlaq bir gələcək təqdim etmək üçün çalışırıq və bir çox sahədə fəaliyyətlərimizi davam etdiririk. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və Prezident İham Əliyevin bu mövzuda sərgilədikləri güclü duruş bizlərə həvəs və cəsarət verir.

Məqsədimiz, Azərbaycanda ən qabaqcıl texnologiyaların istifadəsini genişləndirmək, yerli məşğulluq yaratmaq, ən modern müdafiə sistemlərinə sahib daha güclü bir Azərbaycan Silahlı Qüvvələri üçün çalışmaqdır.

Bu münasibətlə bir daha Azərbaycan Ordusunun 103-cü ildönümünü təbrik edirəm və sarsılmaz təməllər üzərində qurduğumuz könül bağımızın daim davam etməsini arzulayıram.

ASELSAN ailəsi olaraq bizlər, üzərimizə düşən məsuliyyətin fərqindəyik; Bu yolda bütün gücümüzlə, dizayn və istehsal edərək yorulmadan çalışmağa davam edəcəyik.

Poliqon.az

CATEGORIES
TAGS