HAVELSAN GNSS sisteminin ilk xidməti qütblərdə olacaq

HAVELSAN GNSS sisteminin ilk xidməti qütblərdə olacaq

Türkiyənin HAVELSAN şirkəti tərəfindən gəmi və dəniz platformaları üçün hazırlanan GNSS qlobal naviqasiya peyk sistemi ilk olaraq qütblərdə xidmət göstərəcək.

“Poliqon” “SavunmasanayiST”ə istinadən xəbər verir ki, HAVELSAN-ın bir müddətdir üzərində işlədiyi GNSS sistemi gəmilərdə müstəqil naviqasiya ehtiyacını qarşılamaq üçün hazırlanıb.

HAVELSAN-TÜBİTAK Qütb Araşdırmaları Mərkəzi (KARE) əməkdaşlıq görüşləri keçirərək bu qlobal mövqetəyinetmə sistemi ilk dəfə Antarktidada milli qütb səfərində istifadəsinə qərar verilib.

HAVELSAN və TÜBİTAK Qütb Araşdırmaları Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində HAVELSAN-ın bu sahədə təcrübəli mühəndislik gücünün səfərbər edilməsi ilə 4 ay müddətində GNSS məhsulu ərsəyə gətirilib. GNSS sistemi TÜBİTAK Qütb Araşdırmaları qrupuna təhvil verilib və həftə sonu başlayacaq qütb səfəri üçün işlək hala gətirilib.

GNSS sistemi GPS, “Galileo”, “Beidu”, GLONASS, QZSS kimi bir çox müxtəlif ölkələrin peyklərindən istifadə edərək mövqe və istiqamətlərin təyin edilməsini hesablamaq və qlobal əhatə dairəsini təmin etmək qabiliyyətinə malikdir. Real vaxtda məkan, sürət və zaman məlumatları ilə fasiləsiz iş performansı təqdim edən HAVELSAN GNSS sistemi qütb səfərindən sonra bir çox gəmidə də istifadəyə hazır olacaq.

sistem

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS