HAVELSAN “Kapgan” robotunun texniki xüsusiyyətlərini açıqlayıb – VIDEO

HAVELSAN “Kapgan” robotunun texniki xüsusiyyətlərini açıqlayıb – VIDEO

Türkiyənin HAVELSAN şirkəti bu ayın əvvəlində ilk dəfə təqdim etdiyi yeni “Kapgan” yerüstü ağır döyüş robotunun texniki xüsusiyyətlərini açıqlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə HAVELSAN şirkətinin sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda bildirilib ki, “Kapgan” 2 kilometr effektiv mənzilə sahib 30×113 mm-lik silah, naqilli və naqilsiz rabitə sistemi ilə təchiz olunub. Çəkisi 1400 kiloqram olan döyüş robotu 600 kq faydalı yükgötürmə qabiliyyətinə malikdir.

Döyüş robotu istifadəçiyə 5 kilometrə qədər uzaqlıqda olan hədəfləri izləmək və altı saat müddətində əməliyyatı yerinə yetirmək imkanı təmin edir.

“Kapgan” elektrik mühərriklə təchiz olunub ki, bu da döyüş robotuna maksimum 25 km/saat sürətlə hərəkət etmək bacarığı verir.

Qeyd edək ki, “Kapgan” “Barkan”dan sonra şirkətin hazırladığı ikinci yerüstü döyüş robotudur.

Poliqon.az

CATEGORIES
TAGS