HAVELSAN şirkəti Azərbaycanda avtonom sistemlərinin təqdimatını keçirib – ÖZƏL

HAVELSAN şirkəti Azərbaycanda avtonom sistemlərinin təqdimatını keçirib – ÖZƏL

Türkiyənin HAVELSAN şirkəti Azərbaycanda BARKAN insansız yerüstü nəqliyyat vasitəsinin və BAHA buludaltı avtonom pilotsuz uçuş aparatının təqdimatını keçirib.

“Poliqon” xəbər verir ki, bunu HAVELSAN şirkətinin baş direktoru Dr. Mehmet Akif Nacar POLİQON jurnalının “HAVELSAN-ın BARKAN və BAHA kimi avtonom sistemlərinə Azərbaycanda maraq necədir?”, sualını cavablandırarkən deyib.

“Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikasının sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi olaraq hazırladığımız həllimiz paylaşılmış və danışıqlarımız davam edir. Bundan əlavə, BARKAN insansız yerüstü nəqliyyat vasitəmizin və BAHA buludaltı avtonom pilotsuz uçuş aparatımızın müvafiq dövlət qurumuna təqdimatı keçirilib”, – deyə HAVELSAN şirkətinin baş direktoru vurğulayıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş