HAVELSAN yeniliklərini DSA-2022-də sərgiləyəcək

HAVELSAN yeniliklərini DSA-2022-də sərgiləyəcək

Türkiyənin ən böyük texnologiya şirkətlərindən sayılan HAVELSAN Malayziyada DSA-2022 Asiya Müdafiə Xidmətləri sərgisi və konfransında iştirak edəcək.

Bu barədə “Poliqon”a HAVELSAN şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, HAVELSAN şirkəti 28-31 mart tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində yerləşən Malayziya Beynəlxalq Ticarət və Sərgi Mərkəzində keçiriləcək DSA-2022 sərgisində öz qabaqcıl məhsullarını və ağıllı həllərini nümayiş etdirəcək.

Öz təcrübəsi, mütəxəssis işçiləri, yüksək texnologiyaya əsaslanan proqram təminatı tələb edən orijinal həllər və məhsulları ilə beynəlxalq bazarda lider brendə çevrilən HAVELSAN şirkəti, öz bünyəsində hazırlanan yüksək texnologiya və proqram təminatı ilə yanaşı müdafiə, təhlükəsizlik və informasiya sektorlarında texnologiya istehsal edən və biznes ekosistemində yer alan şirkətlərin həll və məhsullarını bir araya gətirərək müştərilərinə açar təslim həllər təklif edir.

Poliqon.az

CATEGORIES
TAGS