
ABŞ Dövlət Departamenti Niderlanda 200 milyon dollar dəyərində AGM-114R2 “Hellfire” raketlərinin satışına icazə verib.
Bu barədə “Poliqon” ABŞ hökumətinin rəsmi saytına istinadən xəbər verib.
Məlumata görə, sifariş çərçivəsində 530 ədəd “hava-yer” tipli AGM-114R2 “Hellfire” raketinin tədarükü planlaşdırılır. Paketə, həmçinin təmir, texniki xidmət və logistika dəstəyi də daxildir.
Qeyd edilib ki, sifarişin əsas podratçısı ABŞ-ın “Lockheed Martin” şirkəti olacaq.




