Hərbi hissədə təlim-metodiki toplanış keçirilib – VİDEO

Hərbi hissədə təlim-metodiki toplanış keçirilib – VİDEO

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb.

Təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır.

 

Poliqon.az

CATEGORIES
TAGS