MüdafiəVideo

Hərbi hissələrdə park-təsərrüfat günü keçirilib – FOTO – VİDEO

Qoşunların hazırlıq planına uyğun olaraq Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə park-təsərrüfat günü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Günün nizam qaydalarına əsasən şəxsi heyət parklarda hərbi texnikaya qulluq göstərib və zabitlərin nəzarəti altında texniki baxışdan keçirilən döyüş vasitələri növbəti dərs həftəsinə hazırlanıb.

Silah təmizləmə otaqlarında əsgərlər ötən həftə ərzində təlim mərkəzləri və poliqonlarda keçirilən məşğələlərdə, atışlarda istifadə etdikləri silahlara qulluq göstərib və təmizlənən silah-sursat müvafiq qaydada saxlanclarda mühafizəyə götürülüb.

Hərbi hissələrin ərazisindəki qərargah binaları, zabit və əsgər yataqxanaları, yeməkxanalarda da təmizlik işləri aparılıb, camaşırxanada yataq dəstləri, paltarlar yuyulub, yaşıllaşdırma tədbirləri, həmçinin digər təsərrüfat işləri həyata keçirilib.

5e6bbfd5f3f3d8583f9758c6f610f2f6

 

746267e3701c9a74ca2f5c6681f2f8d3

a9ea6381a978dd2890215f761c769564

d842dfda2454e137376a365008871320

f17d271a3fc7f284c0bd4271e8d56c3d

fa958fd7b8bd1927a0378b3d83fd2682

64ba27ae29e1049816c873f1c993185a

Back to top button