Hərbi pilotlar çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra ediblər – VİDEO

Hərbi pilotlar çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra ediblər – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib. Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

3025f769237d0134f1408b3c5ed1eba8 e1728903933714938ad4fb3b9b91282b74c58b8589b7fa 8fe33f2d82cd39ba9a7a85a25fd4f88e 3ed9ee901457e60c7295283222882729

CATEGORIES