Hərbi texnikanın “görən gözü” – “Spectro-XR”

Hərbi texnikanın “görən gözü” – “Spectro-XR”

Müasir hərbi texnika tez -tez üzərlərində müəyyən yarımkürələri daşıyır. İlk baxışdan qeyri-adi görünən bu qurğular elektro-optik stansiyalardır. Bu stansiyalar əksər hallarda texnikaların silahlarından və hərəkətliliyindən heç də az əhəmiyyət daşımır.

“Poliqon” xəbər verir ki, İsrailin “Elbit Systems” şirkətinin “Spectro-XR” elektro-optik stansiyası ilə bağlı yayımladığı promo videoçarxda stansiyanın nədən ibarət olduğu, hansı funksiyaları yerinə yetirdiyi və praktikada tətbiq sahəsi açıqlanır.

“Spectro-XR” multispektral elektro-optik faydalı yükü, 7 düymlük çoxspektral diafraqmaya malik (bu kateqoriya üçün orta diametrdən iki dəfə böyük) və çoxspektrli görüntüləmə teleskop-müşahidəçisi olmaqla, birdən çox optik kanalı (VIS, MWIR və SWIR) bir yerdə birləşdirən, ölçüsünü artırmadan üstün ağırlıq, gecə-gündüz və əlverişsiz hava şəraitində işləyə bilmə kimi diapazon xüsusiyyətləri təmin edən stansiyadır.

Stansiya hava, dəniz və yerüstü platformalar üçün üstün hədəf müəyyənləşdirmə və izləmə imkanlarını təmin edir.

Elektro-optik faydalı yüklərin inkişaf etdirilməsində “Elbit Systems” irsinə əsaslanan “Spectro-XR”, maksimal xüsusiyyətləri təmin etmək üçün daxili sensorlar, lazerlər və sistem texnologiyasından istifadə edir.

Stansiya yüksək səviyyəli sabitliyə malik olan rəqəmsal görüntü, yüksək dəqiqlikli sensorlar, qabaqcıl lazerlər və görüntü birləşməsi daxil olmaqla üst-üstə qoyma funksiyaları, TV izləyicisi, coğrafi izləmə, tarama və yüksək hədəfi tutma xüsusiyyətləri ilə təchiz edilmişdir.

Əsas texniki xassələri:

– diametri – 415 mm;

– hündürlüyü – 500 mm;

– kütləsi – 51 kq;

– gücü – 500 Vt.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS