HGK-82 həssas yönləndirmə dəstinin növbəti partiyası sifarişçiyə çatdırılıb
Türkiyənin ASELSAN şirkətinin istehsalı olan HGK-82 həssas yönləndirmə dəstinin növbəti partiyası sifarişçiyə çatdırılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün rəsmi “Twitter” səhifəsində bildirib.
TÜBİTAK SAGE mərkəzi tərəfindən HGK-82 həssas yönləndirmə dəsti idarə olunmayan Mk-82 aviasiya bombası ilə komplektləşdirilib. Nəticədə “hava-yer” tipli Mk-82 bombası idarə oluna bilir. Habelə Mk-82 aviasiya bombasının hədəfi dəqiqliklə vurmaq qabiliyyəti artırılıb.
CATEGORIES Xəbərlər